15 Avqust 21:39
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonu Laza kəndində sakinlərin yolu bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov mətbuata açıqlamasında Laza kəndində yolun darlığının avtomobillərin hərəkətinə çətinlik yaratdığını deyib. Buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb.

"Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib. Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb", deyə məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com