19 Avqust 2022 20:27
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib.

Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

"Yanğınla bağlı soyutma işləri aparılır.Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib", - Z.Əliyev deyib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər