27 Avqust 2022 16:08
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçında - Zabux və Sus kəndlərində təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı missiyalar, sənədləşdirmə missiyaları həyata keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.

İşğal dövründə Ermənistan tərəfindən Zabux və Susda geniş miqyaslı qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirildiyini deyən Hikmət Hacıyev bildirib ki, hətta Yaxın Şərqdən də insanların bu ərazilərə köçürüldüyü hallarına rast gəlinib.

"Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə, hərbi cinayətlər kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusilə Zabux və Sus kəndinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Bununla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər