5 Dekabr 2014 13:11
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana yeni səfir Senatının Komitəsində təsdiq olunub.

Teleqraf.com-un ABŞ-ən Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu gün Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Sekuta komitə səsverməsində təsdiq olunub.

R.Sekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Sekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokyoda, 2003-2007 illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib. Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər