5 Dekabr 2014 15:25
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə KİV nümayəndələrinə “Dövlət Sirrinin Mühafizəsi üzrə vacib məlumatlar” adlı broşur paylanıb.


“Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı çıxışında mövcud problemlərlə əlaqədar vəziyyətdən çıxış yollarının axtarılmasını vacib saydığını bildirib: “Biz çıxış yollarını axtarıb tapmalıyıq ki, daha bu cür səhvlər təkrar olunmasın. Çox təəssüf ki, “online” mediada operativlik, birincilik dalınca qaçmaq meyilləri mövcuddur. Məncə, Müdafiə Nazirliyi ilə media arasında yaranan problemlər də bundan irəli gəlir. Hesab edirəm ki, Mətbuat Şurası bu cür məsələlərə müdaxilə etməlidir. Çox yaxşı olar ki, biz rəsmi xəbərləri bir yerdən alaq və onlayn mediada istinadlara son qoyulsun. Çünki dövlətin və ordunun əleyhinə olan xəbər bir media orqanında yayılandan 2 dəqiqə sonra 70-80 saytda təkrar dərc olunur. Və həmin xəbərin yayılması məqbul deyilsə, onu bir saytdan yığışdırmaq daha asandır, nəinki 70-80 saytdan. Bununla bağlı bir əsasnamənin hazırlanmasına ehtiyac olduğunu düşünürəm. Mətbuat Şurası həmçinin, reklam verən şirkətlərlə də danışıqlar apararsa və reklamların verilməsi ilə bağlı reytinqi daha yüksək olan saytlara deyil, peşəkarlığı yüksək olan saytlara üstünlük verilməsi məsələsi müzakirə olunarsa, bu daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da mövcud problemlə bağlı çıxış ediblər.


Müəllif:

Oxşar xəbərlər