Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Teleqraf.com-un məlumatına görə, görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.
Dünən Şarl Mişel hər iki ölkənin lideri ilə telefonla əlaqə saxlayıb və keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə edilib.