2 Sentyabr 2022 12:05
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar Türkiyə və bölgədəki son gəlişmələrlə bağlı önəmli açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Akar Türkiyə Silahlı Qüvvələrinin öz ölkəsinin və millətinin suverenliyi, müstəqilliyi, sərhədlərinin təhlükəsizliyi, hüquq və mənafeləri ilə bağlı hər cür vəzifəsini uğurla yerinə yetirdiyini bildirib.

Müdafiə naziri Türkiyənin haqlı davalarında Azərbaycan, Liviya və Şimali Kipr Türk Cümhuriyyəti kimi dost və qardaş ölkələrin bundan sonra da yanlarında olacağını deyib.

Akar bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, dəstəyi və təşviqi ilə müdafiə sənayesində yerlilik və millilik nisbəti 80 faizə çatıb:

“Cin şüşədən çıxıb, qarşıdakı dövrdə milli döyüş təyyarəmizi və tankımızı hazırlayacağıq. Bu məsələ ilə bağlı işimiz əzmlə davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər