Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində seminar-məşğələ keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Penitensiar xidmətin rəis müavinləri - ədliyyə general-mayoru Hüseyn Əlixanov, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Mərkəzi Seçki Komissiyasının üzvləri, Xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları iştirak ediblər.
Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri icra edən ədliyyə polkovniki Rafiq Ramazanov seminarı giriş sözü ilə açaraq Penitensiar xidmətdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlər barədə ümumi məlumat verib.
Daha sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova seçkilərin qəbul edilmiş normativ-hüquqi aktlarının, metodiki yardım xarakterli sənədlərinin hazırlanması və hüquqi tənzimlənməsi qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, seçki prosesindəki fəaliyyət və hazırlıq qaydaları və seçki məntəqələrində işin aparılması haqqında geniş çıxış edib.
Seminarın sonunda Mərkəzi Seçki Komissiyasının məsul əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Hacı Zeynalov