Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Teleqaf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə məsələ nəzarətə götürülüb.
"Hazırda Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - Mətbuat Xidmətindən qeyd edilib.
***
14:40
Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.
Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Teleqraf.com-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.
***
11:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu 13 yaşlı qızın ana olması ilə bağlı məlumatın araşdırıldığını bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlarla birlikdə araşdırmalara başlanılıb.
***
09:44
Bakıda 13 yaşlı qız ana olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Kəmalə Ağazadə bildirib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:
“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.
13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.