Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 17 ölkəni liderlər səviyyəsində gələn ay Çexiyada keçiriləcək Aİ Sammiti çərçivəsində baş tutacaq Avropa Siyasi Birliyi toplantısına dəvət etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, 6-7 oktyabr tarixlərində Çexiyanın ev sahibliyi edəcəyi sammitdən əvvəl Avropa Siyasi Birliyi toplantısının keçirilməsi planlaşdırılır.
Aİ-nin 27 üzvü ilə yanaşı, Azərbaycan, Türkiyə, Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin Norveç, Lixtenşteyn, İsveçrə, Böyük Britaniya, İslandiya, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan liderlər səviyyəsində toplantıya dəvət olunanlar arasındadır.
İclasda müzakirə olunacaq əsas mövzular Rusiyanın Ukraynaya hücumu, enerji böhranı və iqtisadi vəziyyət olacaq.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron tərəfindən təklif edilən Avropa Siyasi Birliyinin ilk iclası oktyabrın 6-da Praqada Aİ Sammiti çərçivəsində keçiriləcək. İclas açılış sessiyası ilə başlayacaq və dəyirmi masa müzakirələri ilə davam edəcək.
Görüşlərdə təhlükəsizlik, sabitlik, enerji, iqlim, nəqliyyat və iqtisadiyyat kimi bir çox mövzu müzakirə olunacaq. Liderlərin ikitərəfli danışıqlar aparacağı günün sonunda bağlanış şam yeməyi veriləcək.
Avropa Siyasi Birliyi ideyası iyunda Makron tərəfindən gündəmə gətirilib. Təklif Aİ liderləri tərəfindən qəbul olunub.
Makron Ukraynanın AB üzvlüyünün illər çəkəcəyini bildirərək, Ukrayna kimi Aİ ilə eyni dəyərləri paylaşan ölkələrin üzv olmaq əvəzinə Avropa Siyasi Birliyi çətiri altında birləşmələrini təklif edib.