Ermənistan müdafiə naziri Suren Papikyan Pentaqonda ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da iştirak edib.
Görüş zamanı Ermənistan-Amerika müdafiə əməkdaşlığının bütün gündəliyi müzakirə edilib, sülhməramlı missiya, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılaşmalar əldə olunub.
Tərəflər Ermənistan və Azərbaycan arasındakı proses və sərhəddəki vəziyyət müzakirə edilib.