9 Sentyabr 2022 12:21
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkə üzrə qaz təhcizatı ilə təmin edilməyən məntəqələrin sayını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib ki, builki qazlaşdırma proqramına uyğun olaraq 69 kəndin və 62 yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi işləri davam etdirir.

O bildirib ki, işğaldan azad olunan ərazilər daxil olmamaqla, 979 qaz təhcizatı ilə təmin edilməyən məntəqə var: “Həmin yaşayış məntəqəsindən 426-ı meşə ətrafı ərazisindədir. Elə kəndlər var ki, orada 8, 12 ev var və qaz çəkilməsi üçün 15 kilometrdən çox qaz xətti çəkilməlidir ki, bu da alınmır.

Artıq 3 kəndə və 9 yaşayış massivinə qaz verilib. 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 17 yaşayış massivində qazlaşma işləri istismara qəbul prosesindədir. Bundan sonra bu ilin sonuna qədər 7 kənd və 3 yaşayış massivində qazlaşma işlərinin aparılması gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər