Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirib.
Bu barədə Teleqraf.com -a nazirlikdən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.
Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub.
Qeyd olunur ki, sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.