12 Sentyabr 2022 16:48
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 372 aktiv xəstə var. Bu günə qədər 9 857 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 916, bu günə qədər isə ümumilikdə 7 195 841 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər