13 Sentyabr 2022 20:50
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla danışmağa Makron yox, Ermənistan hazır olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Fransa Prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq istəyinə diqqət çəkib:

“Makron Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Prezident İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib. Bizə Fransanın danışıqlara hazır olması lazım deyil, Ermənistanın hazırlığına ehtiyacımız var. Ermənistan Azərbaycanla konstruktiv danışıqlara hazır olana qədər vəziyyətin növbəti gərginləşməsini istisna etmək olmaz. Bunu həm vasitəçilər, həm də özlərini onlar (erməni) kimi göstərməyə çalışanlar başa düşməlidir.

Azərbaycan və Türkiyənin regionda artan nüfuzu fonunda Ermənistanın nə manevr meydanı, nə də hərbi resursları var.

Ermənistan dörd ölkə - Azərbaycan, Türkiyə, İran və Gürcüstanla qonşudur, Fransa, ABŞ və ya Benilüks ölkələri deyil.

Coğrafiya qonşular üçün həmişə çətin olub. Yolla gedərkən səhv xəritə və atlaslardan istifadə etdikdə, başqa bir şey gözləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, bundan əvvəl mediada Fransanın Ermənistana görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırması barədə məlumat yayılıb. Eyni zamanda, Fransa Ermənistanın son təxribatlarına görə bu dəfə də Azərbaycanı günahlandırıb.

Ermənistan gün ərzində dövlət sərhədinin bir neçə istiqamətində Azərbaycana qarşı təxribat törədib. Təxribata ordumuz tərəfindən adekvat cavab verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər