14 Sentyabr 2022 19:52
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Teleqraf.com XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.

Xüsusi nümayəndə Mixail Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib. Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.

Görüş zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər