15 Sentyabr 2022 16:55
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipr Türk Cümhuriyyəti Prezidenti Ərsin Tatar Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 104-cü ildönümü ilə bağlı Azərbaycana mesaj ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Kipr lideri mesajında Ermənistanın son təxribatları nəticəsində şəhid olan hərbçilərimizi də yad edib.

“Dost və qardaş Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı şəhərinin işğaldan azad edilməsinin 104-cü ildönümündə bu tarixi zəfərin qazanılmasında böyük əməyi olan Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşa və onun qəhrəman əsgərlərini hörmət və rəhmətlə yad edirik. Eyni zamanda, iki gün əvvəl vətənin müdafiəsi zamanı şəhid olan Azərbaycan hərbçilərinə bir daha Allahdan rəhmət diləyirəm”, - Ərsin Tatar qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər