Hazırda Ermənistanla Azərbaycan arasında gərginlik bir qədər səngiyib. Əminəm ki, dialoq zəruridir, qarşılıqlı anlaşma və sülhə aparan yol kimi həmişə davam etdirilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Roma Papası Fransisk bəyan edib.
“Dialoq imkanı hər kəsə verilməlidir, çünki dialoq vasitəsilə nəyisə dəyişmək imkanı həmişə var, dialoqda siz fərqli baxış bucağı nümayiş etdirə bilərsiniz. Əlini uzadıb ona doğru addım atmaqla onu idarə etmək lazımdır, əks halda dünyanın son qapısını bağlayacağıq”.