16 Sentyabr 2022 13:33
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son zamanlar ABŞ və Avropada bir sıra siyasətçilər pərdələri qaldırıb, tez-tez açıq şəkildə separatçılara dəstək verirlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinə diqqət çəkib:

“Nensi Pelosi Ermənistana gedir. Şübhəsiz ki, səfər zamanı Qarabağ erməniləri məsələsi də gündəmə gətiriləcək. Ola bilsin ki, Minsk qrupu, “status” və s. məsələlərlə bağlı da fikirlər eşidiləcək.

Son zamanlar ABŞ və Avropada bir sıra siyasətçilər pərdələri qaldırıb, tez-tez açıq şəkildə separatçılara dəstək verirlər, bu çərçivədə “insan haqları”, “demokratik azadlıqlar” və s. mövzuları ortaya atırlar. İnsanda belə bir təəssürat yaranır, daha doğrusu, artıq formalaşıb: Qərb liberal elitasının nümayəndələri üçün “yaxşı və “pis” separatizm var. Birinə dəstək verirlər, digərinə qarşı mübarizə aparırlar. Həmin sistemdə Tayvan separatizmi, Qarabağ separatizmi, kürd separatizmi “yaxşı separatizm”dir.

Beynəlxalq hüquq bu məsələlər arasında açıq sərhədlər qoymur. Beynəlxalq hüquq lirikdir - çox emosiya, az detal. Ancaq konkretlika praktiki addımlarla müəyyən edilir.

Bu günlərdə Səmərqənddə baş verənlər regional prosesləri özlərinə lazım olan istiqamətə yönəltməyə çalışan xarici qüvvələrin maraqlarına cavab vermək cəhdidir. Səmərqəndə müxtəlif oyunçular toplaşıb, amma onlar oxşar qaydalarla oynamağa çalışırlar. Bu, anti-Qərb koalisiya yaratmaq cəhdi deyil. Bu, bu coğrafiyanın öz oyun qaydalarına sahib olduğunu və maraqlarınızı qorumaq üçün adi qaydalarla yox, bu qaydalarla oynamaq lazım olduğunu başa salmaq cəhdidir.

Deməli, Pelosi yanlış tərəfdən gəlir”.

Qeyd edək ki, Pelosinin bundan əvvəl Tayvana səfəri Çinlə ABŞ arasında və ada ətrafında gərginliyə səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər