17 Sentyabr 2022 15:47
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pelosini İrəvana göndərənlər öz geosiyasi və daxili siyasi maraqları baxımında Ermənistandan istifadə edirlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlyas Hüseynov deyib.

Ekspert ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinə diqqət çəkib:

“Niyə bütün ermənilər Pelosinin onları dəstəkləmək üçün Ermənistana uçduğunu düşünürlər?

Ermənistan ABŞ-dan heç bir yardım almayacaq və buna ümid etmək belə olmaz. Pelosi başqa məqsədlərlə İrəvana səyahət edir

Birincisi, bu addımla ABŞ-dakı erməni diasporasına dəstək verməklə Demokratlar Partiyasının səslərini artıracağına və seçkilərdən əvvəl onlardan dəstək alacağına ümid edir.

İkincisi, ATƏT-in Minsk qrupu sıradan çıxıb. Bu fonda da regionda ABŞ-ın da təsir imkanlarının olduğunu göstərməyə çalışırlar.

Üçüncüsü, bölgədəki yeni geosiyasi reallıqda öz “yerlərini” almaq üçün prezidentlər İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla bu şəkildə danışıqlar aparmağa cəhd göstərirlər.

Bir sözlə, Pelosini İrəvana göndərənlər öz geosiyasi və daxili siyasi maraqları baxımında Ermənistandan istifadə edirlər. Əvvəllər də eyni taktikanı sınaqdan keçiriblər.

Yeri gəlmişkən, bu səfərə sevinməzdən əvvəl düşünmək lazımdır ki, ermənilərin iranlı tərəfdaşları buna necə reaksiya verəcəklər?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər