“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin reaksiyasından narazılığını bildirib, o, haqlıdır. Amma əgər siz KTMT-nin sizin sərhədinizin qorunmasına yardım etməsini istəyirsinizsə, ilk növbədə buna sahib olmalısınız. Belə bir şey isə yoxdur”.
Teleqraf.com xəbər verir ki, "Regnum" agentliyinin baş redaktoru, siyasi ekspert Modest Kolerov deyib.
“Bundan başqa, KTMT üzvlərinin əksəriyyəti Azərbaycanın tərəfindədir. Ermənistanın əsas çatışmazlığı da budur. Təşkilatda qərar konsensusla verilir və ümumi anlaşma Azərbaycanın tərəfindədir. KTMT bu məsələyə müdaxilə etməyəcək”, - rusiyalı ekspert bildirib.
Kolerov heç kimin Azərbaycana mane olmayacağını söyləyib.
Ekspert Ermənistanın İrana çox da güvənməməli olduğunu da bildirib və qeyd edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilmir.