Bakının ən böyük prospektlərindən birində tıxac yaranıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əliyev prospekti kənar yolda (Koroğlu metrostansiyası istiqamətində) aparılan qazıntı işləri ilə əlaqədar avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Sürücülərdən alternativ olaraq H.Əliyev prospekti orta yoldan istifadə etmələri tövsiyə olunur.