İrəvan Bakı ilə münasibətlərin hərtərəfli tənzimlənməsinə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşdə deyib.
Mirzoyan Ermənistan tərəfinin münasibətlərin hərtərəfli nizamlanması prosesində iştirak etməyə hazır olduğunu təsdiqləyib.