23 Sentyabr 2022 08:19
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Xarici işlər naziri bu barədə tviter hesabında yazıb.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkə rəsmiləri ilə görüşlər keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər