25 Sentyabr 2022 09:37
2 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə səfəri zamanı bəzi dövlətlərin nümayəndələri Türkiyə liderindən Azərbaycanla bağlı xahişlər edirlər.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Prezident R.T.Ərdoğanı səfərlərində müşayiət etdiyini deyən V.Kirişçi bildirib:

"Bizə deyirlər ki, sizin (Rusiya Prezidenti Vladimir) Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəsərlərsə, donarıq. Azərbaycan sizin dost və qardaş ölkənizdir, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar", - deyə nazir bildirib.


Müəllif: Teleqraf.com