27 Sentyabr 2022 21:57
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın 44 günlük müharibə zamanı İranın hansı təkliflərini rədd etdiyini öyrənsə, Ermənistan cəmiyyəti şoka düşəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Danielyan söyləyib ki, İranın həmin təkliflərini qəbul etmək müharibənin xarakterini və nəticəsini dəyişə bilərdi.

Onun sözlərinə görə, İran bu gün Ermənistan və Azərbaycan arasında baş verənləri (sərhədlərin və kommunikasiya xətlərinin açılmasını – red.) özünə qarşı müharibə kimi qəbul edir.

Ölkəmizə qarşı sərsəm iddialarında sərhəd tanımayan Danielyan iddia edir ki, Azərbaycan İranı parçalamağa çalışır, öz türkçülük ideologiyasını Rusiyaya da yayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər