29 Sentyabr 2022 11:05
38 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində gecələyən iki yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən iş davam etdirilir.

Bunu Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür: "Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Uşaqların valideynləri müəyyən olunub. Bundan əvvəl onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq həmin valideynlər bundan nəticə çıxarmayıblar".

Qeyd edək ki, müğənni Emma Ələkbərzadənin azyaşlılarla bağlı sosial mediada paylaşdığı video rezonansa səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər