“Hindistanın Ermənistana silah tədarük edəcəyi barədə xəbəri eşidəndə təəccübləndim.”.
Teleqraf.com xəbər verir ki, bunu Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval "news.am"a açıqlamasında bildirib.
Səfir eyni zamanda bildirib ki, Hindistan Azərbaycan-Ermənistan arasındakı münaqişə ilə bağlı mövqeyini BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında açıqlayıb: "Daimi nümayəndəmiz Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və atəşkəsə riayət etməyə çağırıb. Ümumiyyətlə, Təhlükəsizlik Şurasının sessiyasında Hindistanın nümayəndəsi Azərbaycanı ən sərt şəkildə qınadı, bizim mövqeyimiz birmənalı və çox aydın idi”, - deyə o bildirib.
Qeyd edək ki, ermənilərin "Economic Time" nəşri Hindistanın Ermənistana silah tədarük edəcəyini yazıb. Yazıda qeyd olunur ki, Hindistan Ermənistana 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika tədarükünə dair müqavilə bağlıyıb.