30 Sentyabr 2022 16:15
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyaya xəyanət edən Ermənistana qarşı Azərbaycanı dayandırmağa ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Paşinyan Rusiyaya xəyanət edirsə - de-fakto artıq baş verir - Azərbaycanı dayandırmağa ehtiyac yoxdur. Buna ehtiyac yoxdur”, - ekspert bildirib.

Korotçenko Ermənistan hakimiyyətinin kömək üçün Qərb və Rusiya arasında vurnuxmasına da diqqət çəkib:

“Ermənistan rəhbərliyinin bu gün etdiklərinə siyasi fahişəlik deyilir”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində keçirdiyi görüşlərə gəldikdə, ekspert onun görülən işlər barədə hesabat vermək üçün Amerikaya getdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər