30 Sentyabr 2022 20:28
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Ermənistandan israrla tələb edir ki, Azərbaycanla yekun sülh müqaviləsi imzalasın, sərhədlərin delimitasiya və demarkasiya prosesini mümkün qədər tez bitirsin”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:

“Yelisey Sarayındakı mənbə bildirir ki, Fransanın Azərbaycana qarşı ünvanlanmış sərt bəyanatlarına rəğmən, rəsmi Paris rəsmi Bakıya qarşı hər hansı qıcıqlandırıcı addım atmaq niyyətində deyil.

Eyni situasiya ABŞ ilə də bağlıdır. Birləşmiş Ştatlardakı erməni lobbisinin, habelə Nümayəndələr Palatasında və Senatda ermənilər tərəfindən maliyyələşən kokusun bütün cəhdlərinə rəğmən, Vaşinqton Bakıya qarşı hər hansı formada, yaxud formatda sərt addımlar atmaq, qərarlar vermək niyyətində deyil.

Bəyanatlar və vədlər başqa, “real politik” başqa…

Qərb Ermənistandan israrla tələb edir ki, Azərbaycanla yekun sülh müqaviləsi imzalasın, sərhədin delimitasiya və demarkasiya prosesini mümkün qədər tez bitirsin.

Bu prosesə mane olan əsas oyunçular Rusiya və İrandır. Rusiya hazırda Qarabağda olan sülhməramlı kontingentin orada mümkün qədər uzun müddətdə qalmasını arzulayır. Rəsmi İrəvanın “qarabağlı ermənilərin statusu” ilə bağlı aqressiv mövqeyinin də ssenari müəllifi və dirijoru məhz Rusiyadır.

Hazırda isə Ermənistan ölkəmizə qarşı yeni silahlı təxribatlara hazırlaşır. Azərbaycanla sərhəd boyunca hərbçilər yığılır, texnika cəmləşir. Amma İrəvan unudur ki, hadisələrin belə məcrada inkişafı ermənilər üçün fəlakətli sonucla bitəcək: əsgərimiz transsərhəd əməliyyatları ilə kifayətlənməyəcək, sərhəd boyunca 30 kilometr enində bufer zonanın yaradılması labüd olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər