30 Sentyabr 2022 23:58
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov xəbərdarlığa baxmayaraq, hələ də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla azad edilmiş ərazilərə daxil olması faktlarına rast gəlindiyini bildirib.

"Təəssüf ki, bu gün saat 21:00 radələrində Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Nəticədə erməni silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minaya düşərək hadisə yerində ölüblər.

Dərhal Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Polis əməkdaşları tərəfindən meyitlər oradan götürülərək müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər