4 Oktyabr 2022 18:09
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 654 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 424, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 90 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 894 264 təşkil edir.


Müəllif: Teleqraf.com