“Ermənistan təhrik və təxribatlardan əl çəkməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Ermənistan regional əməkdaşlığa köklənməli, uzadılan sülh əlini tutmalıdır.
H.Akar Ermənistanın sentyabrın 12-13-də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
“Türkiyə olaraq bu günə kimi olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarımızla tək yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt tək olmayıb”, - nazir vurğulayıb.
O deyib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülh və sabitlik üçün tarixi fürsət yaradıb: "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq “tək millər, iki dövlət” şüarı ilə ən ali səviyyədə davam edəcək".