6 Oktyabr 2022 19:13
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva İrəvan və Bakıya sülh müqaviləsi bağlamaq üçün təkliflər verib.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Azərbaycan və Ermənistan arasında vasitəçiliyinə rəsmi Moskvanın münasibəti barədə suala cavabında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Təfərrüatlı təkliflərimiz Bakı və İrəvana təqdim olunub, artıq xəbər verdiyimiz kimi, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr üçün regiona səfərlər edib”, - XİN rəsmisi bildirib.

Zaxarovanın sözlərinə görə, sülh danışıqlarının detallarını şərh etmək yersizdir.

O vurğulayıb ki, Rusiya nəticələrə köklənib və heç bir xüsusi təşviqat fəaliyyəti ilə məşğul deyil.


Müəllif: Günel Alıyeva

Oxşar xəbərlər