Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə nəqliyyat xətlərinin açılması ilə bağlı Azərbaycana mesaj verib.
Teleqraf.com xəbər verir ki, Ermənistan baş naziri bu barədə Tvitter hesabında yazıb.
“Ermənistan hökumətinin Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək məqsədilə Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması barədə qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən dövriyyədədir. Ermənistan hökuməti Azərbaycanın müsbət cavabını gözləyir”, - Paşinyan qeyd edib.