“Hökumətin yeni qərarı Türkiyə və Azərbaycana imkan yaradacaq ki, gələcəkdə Ermənistan hökumətinin formalaşmasında iştirak etsin”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni siyasi ekspert Avetik Çələbyan çıxış edib.
“Ermənistan hökuməti istənilən şəxsə cəmi 150 min ABŞ dolları məbləğində sərmayəyə görə Ermənistan vətəndaşlığının verilməsini nəzərdə tutan qərar layihəsini ictimai müzakirəyə təqdim edib. Açığı, bu, düşmənlərimizi (Türkiyə və Azərbaycanı nəzərdə tutur – red.) ucuz qiymətə Ermənistan vətəndaşlığını almağa və zaman keçdikcə qanuni yolla Ermənistanda hökumətin formalaşmasına təsir göstərə biləcək güclü seçici ordusu yaratmağa açıq dəvətdir”, - Çələbyan qeyd edib.