8 May 2014 16:49
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ay Azərbaycanda 18 piyada və 158 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, minalardan əlavə 256 ədəd partlamamış hərbi sursat (PHS) da aşkarlanaraq zərərsizləşdirilib.

Məlumata görə, keçən ay ərzində 3,274,394 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib.

Aprel ayı ərzində 2 nəfərin minaya düşməsi ilə bağlı hadisə qeydə alınıb.

Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib.

İndiyədək cəmi 255,999,893 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 690,104-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Göygöl, Göyçay, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkəran, Naftalan, Tərtər, eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Babək Cahandarov


Müəllif: