20 Oktyabr 2022 12:12
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın son məqsədi Azərbaycan və Ermənistan arasında sülh yolu ilə həllə nail olmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel deyib.

Depratament rəsmisi keçirdiyi brifinqdə Avropa Birliyinin monitorinq missiyasının Ermənistanda yerləşdirilməsinin iki ölkə arasındakı sülh danışıqları prosesinə müsbət təsirinə toxunub.

Patel jurnalistin bu addımın regionda davamlı sülhün əldə olunmasına kömək edib-etməyəcəyi sualına belə cavab verib:

“Ümidimiz var. Dövlət katibi və səfir Riker (ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri) və bu qurumda təmsil olunan digərləri bu mövzunu müzakirə edərkən israrlarını davam etdirirlər. Prosesi qabaqlamaq istəmirəm, amma təbii ki, burada bizim son məqsədimiz Azərbaycan və Ermənistan arasında sülh yolu ilə həllə nail olmaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər