21 Oktyabr 2022 01:14
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik qəzaya düşən partiyanın sədr müavini Binəli Yıldırım və TBMM deputatı Şamil Ayrımın səhhəti ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, hər iki şəxsin səhhətinin qənaətbəxş olduğunu bildirib.

"Allaha şükür, ciddi problem yoxdur. Səhər yenidən baxılacaq, həkimlərin tövsiyəsinə uyğun addım atacağıq. Binəli bəy və Şamil bəyin sağalacaqları günə qədər Bakıda qalacağıq. Mühafizəçi Oğuzxanı da gördük, onun da durumu yaxşdır. Azərbaycanlı sürücü qardaşımızın da vəziyyətinin yaxşı olduğunu bildirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təyyarədə birgə gəldik. Çox sağ olsun, şəxsən çox yaxından maraqlandı. Səhiyyə naziri Teymur bəy də buradadır. Maraqlanan hər kəsə təşəkkür edirik", - qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər