Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik tviterdə yazıb.
“Keçmiş olsun diləklərini çatdıran hər kəsə təşəkkür edirəm. AK parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin vəziyyəti yaxşıdır”, - deyə qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.