23 Oktyabr 2022 21:34
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Qarabağ müharibəsindən indiyədək 262 nəfər mina qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.

“Ermənistan tərəfindən basdırılmış minanın daha bir fəsadı. Tərtər rayonunda minanın partlaması nəticəsində 26 yaşlı mülki şəxs yaralanıb. Təəssüf ki, onun hər iki ayağı amputasiya olunub. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 2️62 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır!”,- deyə paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər