26 Oktyabr 2022 17:11
3 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışında bildirib.

“Oktyabrın 31-də Soçidə üçtərəfli görüş keçirmək üçün Rusiya prezidentindən dəvət var. Mən iştirakımı təsdiqlədim, Azərbaycan prezidentinin razılığı ilə bağlı məlumatım yoxdur”, - Paşinyan bildirib.

Ermənistanın baş naziri Soçidə “Qarabağda təhlükəsizlik və sabitlik” məsələlərini müzakirə etməyi planlaşdırır:

“Düşünürəm ki, fikir, dəqiqləşdirmə və sual mübadiləsi aparılmalı olan çoxlu məsələlər toplanıb və Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsindən başlayaraq, bu məsələlərin gündəliyini bilirsiniz”.

Eyni zamanda, Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etmək üçün KTMT Şurasının iclasını keçirəcəyini gözləyir.


Müəllif: Mənsur Rəğbətoğlu