27 Oktyabr 2022 13:20
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın siyasətində dəyişən heç nə yoxdur, xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, ya da sərhədi qapadır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Rusiyanın siyasətində dəyişən heç nə yoxdur, xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, necə ki, Qazaxıstan bu yolla cəzalandırmaq qərarını verdi, ya da sərhədi qapadır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına daşına bilməsin.

Ermənistanı anladıq, İrəvan Qərbə yaxınlaşmağa can atır, Kreml bundan narazıdır və Baş nazir Nikol Paşinyanı yıxıb sürüməyə çalışırlar. Bəs rəsmi Bakı hansı “tərs iş”i gördü ki, Kreml sərhəddə məhsullarımızı uzun kilometrlərlə növbəyə düzüb? Rusiyanın dövlət televiziya kanalları və qəzetləri Kremlin təlimatıyla Qarabağ separatçılarına dəstək ifadə etməyə başladılar, Bakı bunun cavabını verdi, Azərbaycanın televiziya kanalları Rusiyanın Ukraynaya işğalını geniş şəkildə işıqlandırır, Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi.

Görünür, Kreml sərhəddə çətinlik yaratmaqla növbəti gedişini edib. Kremlin bu siyasətindən qurtuluş yoxdur, başımızın çarəsini qılmalıyıq, Rusiya bazararından asılılığımızı azaltmalıyıq, çətindir, ancaq başqa alternativimiz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər