Rafael Hüseynov: “Xədicə İsmayılovanın həbsinə səbəb olan və ondan şikayət edən müxalifət nümayəndəsidir ”
Avropa Şurası Parıament Assambleyası (AŞPA) Hüquqi işlər və insan haqları komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi, ispaniyalı deputat Pedro Aqramunun “Azərbaycanın Avropa Şurasına sədrliyi dönəmində insan haqlarının vəziyyəti” mövzusunda hesabatı dinlənilib. Məruzə ətrafında gedən fikir mübadilələrində çıxış edən Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov diskussiyaya qatılan bəzi deputatların fikirlərinə qarşı çıxaraq bildirib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrü başa çatıb və zənnimcə, artıq tarixə çevrilmiş həmin dövr qarşılıqlı əməkdaşlıq baxımından kifayət qədər əhəmiyyətli, məhsuldar olub. Onun dediyinə görə, bu təşkilata üzv olduğu ilk gündən demokratiya məktəbi sayılan Avropa Şurasının təqdim etdiyi dəyərlərdən Azərbaycanındaha artıq yararlanmaq, daha çox öyrənmək səyləri ilə yanaşı, başlıca məqsədlərindən biri bu təşkilatın zənginləşməsi və inkişafına özünün mümkün töhfələrini vermək olub.
R. Hüseynov qeyd edib ki, sədrlik dövründə Azərbaycanın irəli sürdüyü əsas prioritetlərdən biri korrupsiyaya qarşı mübarizə idi:
"Qeyd etmək lazımdır ki, ölkədə bu istiqamətdə son illərdə fəal şəkildə davam edən genişmiqyaslı işlər təqdirəlayiqdir. Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi dövründə isə bu işlər bir az da geniş miqyas aldı. Təbii ki, bu səmtdə aparılan araşdırmalardan Hüquq müdafiə təsisatıarı, Qeyri Hökumət Təşkilatları da kənarda qalmadılar. Araşdırmalar zamanı isə bir sıra korrupuiya faktları da aşkarlandı. Qəribədir, niyə həmin qəbildən olan qanun pozuntularına görə başqaları cəzalandırılanda bu normal sayılır, eyni cavabdehlik QHT-lərdən tələb olunanda onların bəzilərinin xaricdəki havadarları bunu siyasi məqsədlərlə həyata keçirilən təzyiq kimi qiymətləndirirlər?!
Azərbaycan və bir sıra başqa ölkələr QHT-lərin maliyyələşməsində şəffaflığın təmin olunmasını qanuniləşdirəndən sonra da bu həm Avropa Şurasının bəzi təmsilçiləri, həm də ayrı-ayrı beynəlxalq qurumların Azərbaycana qarşı sərt, barışmaz tənqid mövqeli sözçüləri tərəfindən ciddi etirazlarla qarşılandı. Həmin səslər bu gün burada da eşidilir. Məntiqi anlamaq mümkün deyil. Məgər siz aşkarlığın, şəffaflığın əleyhinəsiniz? Əgər həmin maliyyə vəsaitləri ayrı-ayrı ölkələrdəki, o cümlədən Azərbaycandakı QHT-lərə dürüst, şübhəli olmayan məqsdələrlə yönəldilirsə, əgər burda gizlədilməli hansısa kriminnal əlamətlər yoxsa, onda miqdarların, qaynaqların, məqsədlərin açıqlanmasından niyə ehiyatlanırsınız?
QHT-lər də, ən müxtəlif insan hüquqları müdafiəsi təşkilatları da bizim üçün mühümdür, bu təsisatlar daha da inkişaf etməli, artmalıdır. Amma qanun çərçivəsində. Bu qurumlara bağlı kimlərsə xarici xüsusi xidmət orqanlarının tələsinə düşərək Azərbaycan əleyhinə iş aparanda isə dövlətin, müstəqilliyin qorunması, Ukraynadakı kimi yeni Maydanın yaranmaması üçün müvafiq addımlar mütləq atılmalıdır. İndi də, gələcəkdə də. Cənab Aqramon məruzəsindəki son bənddə göstərir ki, hüquq, ədliyyə sistemindəki işlər Azərbaycanda davam etməkdədir, lakin bu azdır, kütləvi hüquqi düşüncədə, mentalitetdə dəyişiklik olmalıdır.
Mən də bu fikirlə tam razıyam. Ancaq bu uzun sürən bir gedişatdır. Əsas odur ki, proses var, niyyət müsbətdir və inkişafa doğru can atılır. İş olan yerdəsə problemlər həmişə var. Ona görə də istər Avropa Şurası, istərsə də digər beynəlxalq təşkilatlar bu cür məsələlərdə Azərbaycan kimi yeni demokratiya ölkələrinə təzyiq, təhdid nöqteyi-nəzərindən deyil, daha çox kömək göstərmək, əməkdaşlıq qurmaq baxımından yanaşsalar, nəticələr daha uğurlu olar”.
Komitə iclasında müzakirəyə çıxarılan digər mövzu isə “Avropanın qarşısında duran insan haqları problemləri” olub. Bununla əlaqədar komitə iclasında dəvətli qonaqlar, problem üzrə ekspertlər də iştirak edib.
Londondan “Açıq cəmiyyət” hüquqi təşəbbüslər təşkilatından Kristian Devos, Nyu-Yorkdan Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Veronika Szente Qoldston, Brüsseldən Vətəndaş Həmrəyliyi Platformunun İnsan haqları naminə beynəlxalq əməkdaşlıq bölümünün direktoru Bricit Dufor məruzələrlə çıxış etdikdən sonra müzakirələr başlanıb. R. Hüseynov müzakirələr zamanı bildirib ki, Azərbaycan geosiyasi baxımdan son dərəcə həssas, bir çox yaxın və uzaq dövlətlərin ciddi maraq dairəsində olan regionda yerləşir:
"Müasir tarixin çətin gedişində belə bir ölkəni idarə edənlər şübhəsiz ki, yetərincə ağıllı, təcrübəli insanlardır ki, ölkəni bütün kənar arzuolunmaz təsirlərdən qoruyaraq indiki yüksək inkişaf səviyyəsinə gətirib çatdıra biliblər. Məhz yetərincə ağıllı, bilikli, təcrübəli, uzaqgörən olduqları üçün də onlar yaxşı anlayrlar ki, ölkədə hansı bir hüquq müdafiəçisinə, hər hansı QHT üzvünə, yaxud jurnalistə göstərilən hər bir təzyiq, yaxud onların həbsi mütləq müvafiq rezonnans doğuracaq, beynəlxalq təşkilatlardan buna etirazlar da gələcək.
Ona görə də kimsə həbs edilirsə, hansısa quruma qarşı hansısa sanksiya tətbiq olunursa bu yüz dəfə ölçülüb biçilir. Müvafiq hüquqi əsas olmadan belə edilmir. Heç kəs də bu təşkilatının nizamnaməsinə uyğun fəaliyyətlərinə görə deyil, konkret qanunazidd əməlinə, törətdiyi cinayətinə görə məsuliyyət daşıyır. Azərbaycanda QHT-lərin də, hüquq müdafiqə təşkilatlarının da inkişafına lazımi şərait yaradılıb, mətbuata, jurnalistlərə də qayğı yüksək səviyyədədir.Lakin cəmiyyətin təhlükəsizliyi məsələsi də məqamı çatanda zəruri tədbirləri qaçılmaz edir.
Belə halların hər birinə də məsələni demaqoqcasına siyasiləşdirmədən hər konkret halda fərdi yanaşılmalıdır. Məsələn xanım Dufor faktları qərəzli şəkildə, tam təhrif edərək söyləyir ki, jurnalist Xədicə İsmayılova Avropa Şurasının payız sessiyasında iştirak edib, orada Azərbaycan dövləti əleyhinə tənqidi çıxışlar edib, buna görə də az sonra xaricə getmək istəyəndə Bakıda onu hava limanından geri qaytararaq ölkədən çıxmasına icazə veriməyiblər, bir qədər sonra isə həbs ediblər. Xanım Duforun dediklərinə inanan sadəlövh, əsl həqiqətdən xəbərsiz şəxslərə doğrudan da bu halda insan haqlarının kobud şəkildə pozulması qıənaəti yarana bilər. Amma həqiqət başqa cürdür.
Xədicə İsmayılova uzun illərdir ki, mətbuatdadır, mütəmadi olaraq Azərbaycan hakiniyyətinə qarşı kəskin tənqidi yazıları ilə çıxış edib. O yazılarda nə doğrudur, nə düz deyil, ayrı sualdır, lakin ortadakı gerçək bundan ibarətdir ki, arxada qalan illər ərzində heç vaxt həmin jurnalistə heç bir təzyiq, təsir göstərilməyib, o öz peşə fəaliyyətini asudə davam etdirib. Lakin haqqında bəhs edilən jurnalistin adı Azərbaycandakı məşhur bir müxalifət nümayəndəsinə qarşı törətdiyi əmələ görə açılmış cinayət işində keçdiyinə görə istintaq qaydalarına görə təbii ki, o, müvəqqəti olaraq ölkədən kənara çıxa bilməzdi.
Bu praktika dünyanın hər yerində mövcuddur. Lakin bu arada o xanımın adı daha bir cinayət işində ortaya çıxdı. Onun həbsinə səbəb olansa, hakimiyyət deyildi və ondan şikayət edən də iqtidara aidiyyəti olmayan başqa bir müxalifət nümayəndəsi idi. Həmin xanımın çoxdan bəri vətəndaş nikahı ilə ər-arvad kimi yaşadığı şəxs. Ailə, məişət zəminində baş vermiş cinayətə siyasi don geyindirmək və bunu Azərbaycana qarşı böhtançı məqsədlərlə istifadə etmək qəbuledilməzdir.
QHT-lər, hüquq müdafiə təşkilatları, jurnalistlərlə bağlı problemlər hər ölkədə var və Azərbaycan da bu baxımdan istisna deyil. Diqqətə layiq olan oddur ki, biz bu yöndə irəliləyişlərə nail olmaqçün durmadan çalışırıq. Lakin hər ölkədə, lap ən inkişaf etmiş demokratik ölkələrdə də rast gəlinən problemlərə görə yalnız bir neçə ölkəni hədəf kimi seçərək daim onların üzərinə düşmək doğru yol deyil”.
Cavidan