Misirin Şarm əl-Şeyx şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi başlayıb.
Teleqraf.com xəbər verir ki, iclas zamanı BMT Konfransına sədrlik əvvəlki sammitin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi edən Misirə təhvil veriləcək.
Sessiyanın sədri kimi Misirin xarici işlər naziri Sameh Şükri çıxış edəcək.
Tədbir noyabrın 18-dək davam edəcək. 7 və 8 noyabrda dövlət və hökumət başçıları müraciətlər edəcəklər. Müraciətlər ölkələrin ekologiya, resursların qorunması, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma, yaşıl enerji, ən yoxsul ölkələrə maliyyə dəstəyi ilə bağlı mövqeyini əks etdirir.