Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.