8 Noyabr 2022 17:01
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində yazıb.

"Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Sevindirici haldır ki, Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirak edirlər”, - qeyd edib.

Qeyd edək ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu "Blair House"da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər