10 Noyabr 2022 12:56
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfəri öncəsi Esenboğa hava limanında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatındakı birliyin günbəgün gücləndiyini deyib.

“Sədrliyimiz dövründə İstanbulda qəbul etdiyimiz qərarların icrasına və izlənilməsinə çox vaxt sərf etdik. Bayrağı Səmərqənddə özbək qardaşlarımıza əmanət edəcəyik. Səmərqənd zirvə toplantısında təşkilatımızın gələcəyi ilə bağlı danışıqlar aparacaq və mövcud əməkdaşlığımızın dərinləşdirilməsinə dair mühüm qərarlar qəbul edəcəyik”, - Ərdoğan bildirib.

Səfər çərçivəsində dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəyini söyləyən Prezident Ərdoğan ikitərəfli əlaqələrlə yanaşı, qlobal mövzularda da fikir mübadiləsi aparacaqlarını vurğulayıb.

Səmərqənd zirvəsinin türk dövlətləri arasında əməkdaşlığı daha da irəli aparacağına inandığını deyən prezident qeyd edib:

“Türkiyə olaraq təşkilatın institusionallaşması və dünya üzrə çoxtərəfli regional təşkilatlar arasında nüfuzlu yeri ilə fəxr edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər