Azərbaycan Xarici işlər nazirliyi Tvitter səhifəsində Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, paylaşımda bunlar bildirilir:
“İstanbul şəhərində dinc əhalini hədəf alan partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, Allahdan yaralılara tez bir zamanda şəfa diləyirik. Azərbaycan Türkiyənin dərdinə hər zaman şərikdir!”