Xəbər verildiyi kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Teleqraf.com xəbər verir ki, sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Senat həmçinin aşağıdakı tələbləri irəli sürüb.
Qətnamə layihəsində "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunub.
• Layihə müəllifləri "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını" tələb edirlər.
• Bununla yanaşı, Fransa hökumətinə Dağlıq Qarabağda humanitar büro açmaq təklif edilir.
• Təkliflər arsında qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqillyinin tanınması da yer alır.
• Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.